Rusiya MN: Xarkovda fransız muzdlularının dislokasiya məntəqəsi vurulub

Rusiya ordusu Ukraynanın Xarkov vilayətində fransız muzdluların müvəqqəti dislokasiya olunduğu məntəqəni vurub...

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanvarın 16-da Xarkovda əcnəbi döyüşçülərin müvəqqəti yerləşdirilmə məntəqəsinə yüksək dəqiqlikli zərbə endirilib.

Zərbə nəticəsində muzdluların yerləşdiyi bina tamamilə dağılıb. 60 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

Rusiya MN-dən o da bildirilib ki, əcnəbi döyüşçülərin əksəriyyətini fransız muzdlular təşkil edib.

Poliqon.info