Türkiyə və Rusiya qaz qovşağını müzakirə edəcək...

Türkiyə nümayəndə heyəti qaz qovşağının müzakirəsi üçün bu həftə Rusiyaya səfər edəcək...

Türkiyə nümayəndə heyəti qaz qovşağı layihəsinin təfərrüatlarını müzakirə etmək üçün Rusiyaya gedəcək.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi Energetika və Təbii Sərvətlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, səfər bu həftə baş tutacaq, lakin dəqiq tarix verilmir.

“Nümayəndə heyəti qaz qovşağının yaradılması ilə bağlı məlumat alacaq və detalları müzakirə edəcək. Bu yoxlama səfərinin nəticələrinə əsasən layihənin həyata keçirilməsi üçün tədbirlər təqviminin hazırlanacağı və işlərin sürətləndiriləcəyi gözlənilir”, deyə Agentliyin həmsöhbəti bildirib.

Poliqon.info