Tramp Ağ Evi qocalar evi kimi tanıdan video yayımlayıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp onun rəhbərlik etdiyi Ağ Evi qocalar evinə bənzədərək, hazırkı lider və onun rəqibi Co Baydeni ələ salıb...

Poliqon xəbər verir ki, Tramp bu yumoristik videnu özünə məxsus olan Truth sosial şəbəkəsindəki səhifəsində yayımlayıb.

Videoda bir diktorun səsi ilə müşayiət olunan Baydenin görüntüləri göstərilir. O, yaşayış şəraitindən və Ağ Evdə “qonaqların” nə ilə qidalandığından danışır.

Videonun başlığı isə “Birləşmiş Ştatlar rəhbərinin iqamətgahı, “təqaüdçülərin özlərini prezident kimi hiss etdikləri yer” adlandırılıb.

Xatırladaq ki, Tramp bu il keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından ən çox dəstəyə sahib olan namizəddir. Siyasətçi dəfələrlə bildirib ki, ona qarşı ittihamların irəli sürülməsi Bayden administrasiyasının seçkilərə müdaxilə cəhdidir.

Videoda keçmiş prezident rəqibini tənqid edərək, onun yaşını ələ salıb və onu ABŞ tarixinin ən korrupsioner dövlət başçısı adlandırıb.

Poliqon.info