Qırmızı dənizdəki hücumlara görə neft qiymətləri arta bilər

“Chevron” şirkətinin rəhbəri Husilərin Qırmızı dənizdəki hücumlarına görə neft qiymətlərinin artması riski barədə xəbərdarlıq edib...

Amerikanın “Chevron” neft-qaz şirkətinin rəhbəri Mayk Virt hesab edir ki, Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) Qırmızı dənizdə gəmilərə hücumları neft nəqli üçün ciddi risklər yaradır. Onun sözlərinə görə, hücumlar neftin qiymətinin artmasına səbəb ola bilər.

Poliqon xəbər verir ki, bu barədə yanvarın 16-da Davosda keçirilən Dünya İqtisadi Forumunda “Chevron” şirkətinin baş icraçı direktoru CNBC-yə danışıb.

“Chevron” rəhbəri bildirib ki, ABŞ-da xam neftinin bir barel üçün 73 dollardan aşağı alqı-satqısına təəccüblənir, çünki Husilərin hücumları səbəbindən qiymətlərin artma riskləri çox realdır.

“Bu, çox ciddi məsələdir və vəziyyət getdikcə pisləşir”, deyə Mayk Virt deyib.

Mayk Virtin sözlərinə görə, risklərə baxmayaraq, onun şirkəti Qırmızı dəniz vasitəsilə neft nəqlini davam etdirir və bu məsələdə ABŞ Hərbi Dəniz Qüvvələri ilə sıx əməkdaşlıq edir.

Poliqon.info