Orban Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişməyə hazırlaşır

Macarıstanın Baş naziri Viktor Orban artıq Avropa İttifaqına nümayiş etdirib ki, Budapeştə siyasi və iqtisadi üstünlüklər verildikdən sonra Aİ-nin Ukraynaya hərbi və pul yardımı ilə bağlı etirazından əl çəkməyə hazırdır, lakin danışıqlar hələ də davam edir...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri siyasi mənbələrə istinadən məlumat yayıb.

"Orban Avropa İttifaqı pullarının Macarıstan üçün istifadəsi ilə bağlı kompromis əldə etməyə yaxınlaşır. Baxmayaraq ki, saziş Macarıstanın baş nazirinin keçən ay irəli sürdüyü tələblərə hələ cavab verilməyib. Avropa İttifaqı indi əmindir ki, Orbanla danışıqlar yaxın bir neçə həftə ərzində yekunlaşa bilər", deyə məqalədə qeyd edilir.

Mənbənin sözlərinə görə, avropalı diplomatlar əmindirlər ki, Macarıstanın baş naziri Budapeştin əvvəllər veto qoyduğu Kiyevə yardım məsələlərində "Avropa İttifaqını girov saxlamaq" imkanlarını tükəndirib.

Bundan əvvəl Viktor Orban bəyan edib ki, Macarıstan Avropa İttifaqının Ukraynaya maliyyə yardımı etməməli olduğunu hesab edir.

Poliqon.info