Avropanın ən məhsuldar futbolçuları açıqlanıb

2023-cü ildə ən çox qol vuran avropalı futbolçular müəyyənləşib.

İdman.biz xəbər verir ki, İFFHS UEFA-ya üzv olan ölkələrin bombardirlərini açıqlayıb.

Siyahıya Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı ulduz ötən il 54 qola imza atıb.

Kilian Mbappe liderdən iki qol az vurub. 3-cü olan Harri Keyn beynəlxalq arenadakı qol sayına görə fransalıdan geridədir.

1.Kriştiano Ronaldo (Portuqaliya) - 542. Kilian Mbappe (Fransa) – 523. Harri Keyn (İngiltərə) – 524. Erlinq Haland (Norveç) – 505. Qarbhan Kuqlan (İrlandiya) - 426. Romelu Lukaku (Belçika) – 407. Barnabas Varqa (Macarıstan) – 398. Nemanya Bilbiya (Bosniya və Herseqovina) – 399. Huqo Kuypers (Belçika) – 3810. Eran Zahavi (İsrail) – 38

Poliqon.info