Senat İsrailin Amerika silahlarından istifadəsinə nəzarəti nəzərdə tutan qətnaməni bloklayıb

ABŞ Senatı Dövlət Departamentinə İsrailin istifadə etdiyi Amerika silahlarının humanitar standartlara uyğunluğuna nəzarət etməyi tapşıracaq qətnamə layihəsini bloklayıb...

Poliqon xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb.

72 senator yuxarı palatanın Xarici Əlaqələr Komitəsinin bu sənəd üzərində işdən azad edilməsinə səs verib. Senatın yalnız 11 üzvü buna qarşı çıxıb.

Qətnamənin müəllifi senator Berni Sandersdir və o, bunun Amerikanın İsrailə yardımına heç bir şəkildə təsir etməyəcəyini bəyan edib.

Sandersin sözlərinə görə, qətnamədə sadəcə olaraq Dövlət Departamentindən Amerikanın İsrailə yardımından necə istifadə edildiyinə dair hesabat tələb olunur. O vurğulayıb ki, Senatın bu cür suallarında qınanılası heç nə yoxdur.

Bir müddət əvvəl ABŞ senatoru Berni Sanders Qəzza zolağında baş verən humanitar böhranın II Dünya müharibəsi zamanı müttəfiqlərin bombardmanları zamanı Almaniyanın Drezden şəhərində baş verənlərdən daha pis olduğunu deyib.

Poliqon.info