Paşa Talıblıdan yeni şeirlər -“Çək məni kamına, yox olum səndə...”

Təzə bir şer yaz, qaraca oğlan...(Emil Rasimoğluna)

... təzə bir şer yaz, Emil əfəndi!... orda ayla, illə, burda müxtəsər,köhnədən-təzədən...təzə bir şer!Min il əhədimi kəsən dərdiminbəlkə əhədini kəsə bir şer!

... təzə bir şer yaz, Emil əfəndi!... fikirlər narıncı, cəhrayı rəngdə,misralar körpətək day dura bilsin.Elə yaz, şirinli-acılı olsun,mənim ac könlümü doydura bilsin!

... təzə bir şer yaz, Emil əfəndi,dirilik suyuna batır qələmi!Sənə deyəcəyi çox sirlər qalır,dizinin dibində otur qələmin.

Başı buludlarda, ayağı yerdə–qəttəzə bir şer vardı...görünsün!... pəncərə misallı elə şer ki,baxanda dünyanın ardı görünsün!

... hanı Dadaloğlu, Qaracaoğlan–indi qarşımıza haradan çıxa?!...təzə bir şer yaz, qaraca oğlan,təzə bir şer yaz, qaradan çıxaq!

Yazılmaq şerə düşmür...

...haqqında nə deyim?Nə şərdi, nə xeyirdi.Möcüzə də deyil heç,şer elə şerdi!

Kim qaçır görk işlərdən,xeyirə, şərə düşmür?...yazıldı, şer ölür!Yazılmaq şerə düşmür...

Amma şer də ərdi,ər də basılmayandı......şerin ən gözəli hələ yazılmayandı!

Qəfil hər şeyi unutdum...

...dünyadı...qaşı düşmədi!Kim onda naşı düşmədi?...çox güldüm, daşı düşmədi,daş düşsün güldüyüm yerdə!

...yağışdı –hara buluddu!Yağdı içimi qurutdu...Qəfil hər şeyi unutdum,hər şeyi bildiyim yerdə.

...ovcuma daş, gözümə gil!...keç içəri, gözümə gir!Nə olacaq gözümə ki,qoy ölüm öldüyüm yerdə!

Kimsə məni çağıra...

Bir də onda eşidəm ki...Bir də onda səs eşidəm!Dizimi qoyam torpağa,qara donda səs eşidəm.

Bir də min mənəm... yüzdü nə?Bunun altı bu, üstü nə?Bir söz dilimin üstünəqonhaqonda səs eşidəm!

...nə bağıra, nə çığıra,gedib çıxam lap axıra....və sonda kimsə çağıra,bəlkə sonda səs eşidəm!

Məni anam doğdu...

...səndə yıxılmağın dadı başqadı,yıxılsam yenə də yıxılım səndə.Elə kəs, cəlladım elə kəs məni,yenə tikə-tikə yığılım səndə!

Söylə, harda bitim, hansı gül olum?!Ya çəkim olmasın, ya yüngül olum...Ya yandır, bir ovuc bəyaz kül olum,çıtır-çıtır oda yaxılım səndə...

...acıya nisbətdi tox anım...odu!...yayın da canında ox anı...odu!Məni anam doğdu, doğanım odu!Çək məni kamına, yox olum səndə...

Bir şair var...

Bir şair var səsi gəlmir,odu yoxdu, budu yoxdu...Üzü sarı bir şairdi,rənginin də dadı yoxdu.

...qulaqları darı dələn!Get, qanında qana bələn!Yarı sözdü, yarı qələm,düşməni var, yadı yoxdu...

Nə qədər ki, dərddi...vardı!...girləndiyi dörd divardı!Ömür kimi adı vardı,şair kimi adı yoxdu!

Paşa TalıblıAzərbaycan Yazıçılar Birliyinin üzvü

Poliqon.info