Rusiyalı diplomatlar ABŞ-da özlərini təhlükəsizlikdə hiss etmirlər...

Səfir Antonov ABŞ hakimiyyətini Rusiya diplomatik missiyaları ətrafında təhlükəsizliyi gücləndirməyə çağırıb...

Poliqon xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bu barədə “İzvestiya”ya müsahibəsində bildirib. Antonov qeyd edib ki, Dövlət Departamentinə ABŞ-dakı Rusiya Federasiyasının diplomatik nümayəndəlikləri və konsulluq idarələri ətrafında müntəzəm təxribat xarakterli hərəkətlərə görə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi xahişi ilə nota göndərib.

Antonov qeyd edib ki, səfirlik ABŞ-dakı diplomatik missiyalarının təhlükəsizliyi ətrafında yaranmış vəziyyətdən narahatdır. Onun sözlərinə görə, diplomatlar mütəmadi olaraq binaların yaxınlığında ukraynalı tərəfdarların nümayişləri və təxribat xarakterli hərəkətləri ilə qarşılaşırlar.

“Biz öz tərəfimizdən ABŞ Dövlət Departamentinə Rusiyanın diplomatik nümayəndəlikləri və konsulluq idarələri ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tələbi ilə nota göndərdik”, deyə səfir müsahibə zamanı vurğulayıb.

Poliqon.info