WSJ: İsrail hökumətindəki fikir ayrılığı Qəzza əməliyyatının uğurunu təhdid edir

İsrailin hərbi kabinetində (ölkə hökuməti indi rəsmi olaraq belə adlanır) əhəmiyyətli fikir ayrılıqları ictimaiyyətə məlum olur və bu, yəhudi dövlətinin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatın uğurunu təhlükə altına qoyur...

Poliqon xəbər verir ki. bu barədə Amerikanın The Wall Street Journal qəzetinin məlumatında bildirilir. Nəşrin mənbələrinin bildirdiyinə görə, İsrail rəsmiləri arasında yaranan fikir ayrılığı səbəbindən radikal islamçı HƏMAS hərəkatının döyüşçülərinə qarşı hərbi əməliyyatlar ləngiyə bilər.

WSJ-nin məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahunun və müdafiə naziri Yoav Qalantın siyasi mövqeləri indi son dərəcə qeyri-sabitdir; onların israillilər arasında etimad reytinqləri çox aşağıdır və müxalifət blokunun lideri Benni Qantsın bəyanatları fonunda daha da aşağı düşür.

Qəzet yazır ki, siyasətçilər arasında fikir ayrılığı İsrailin girovların azad edilməsi üçün HƏMAS-LA danışıqlar aparıb-aparılmaması ilə bağlı yaranıb.

Qants 130-a yaxın girovun geri qaytarılmasına nail olmaq üçün HƏMAS nümayəndələri ilə diplomatik dialoqa getməyi zəruri hesab edir.O, artıq danışıqlar prosesinin intensivləşdirilməsində israrlı olacağı barədə bir sıra ictimai bəyanatlar verib.

WSJ-nin məlumatına görə, Benyamin Netanyahu və Yoav Qalant hesab edir ki, hazırda HƏMAS ilə danışıqlar əhəmiyyətsizdir və “Qəzza zolağı boyunca” hərəkata qarşı hərbi əməliyyatları davam etdirmək lazımdır. Onlar hesab edirlər ki, yalnız HƏMAS-ın hərbi potensialı məhv edildikdən sonra hərəkat güzəştə getməyə və girovları öz vətənlərinə qaytarmağa məcbur olacaq.

Poliqon.info