Donald Tramp: Amerikanı indi axmaqlar idarə edir...

Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürən ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, hazırda ölkədə hakimiyyətində “axmaqlar var”...

Poliqon xəbər verir ki, Tramp bunu ABŞ-ın Nyu-Hempşir ştatında seçki mitinqində deyib. Siyasətçi həmçinin ABŞ-ın hazırkı prezidenti Co Baydenə qarşı korrupsiya ittihamları səsləndirib.

“Bizi axmaqlar idarə edir. İndi bizdə Co Bayden vəzifədədir. Əminliklə deyə bilərəm ki, o, tarixdə ən çox korrupsiyaya uğramış ABŞ prezidentidir. Açığını deyim ki, o, indiyə qədər rastlaşdığınız ən səriştəsiz prezidentdir. Onunla biz üçüncü dünya müharibəsinə cəlb oluna bilərik”, deyə Tramp seçicilərinə deyib.

Qeyd edək ki, bir gün əvvəl, yanvarın 16-da Tramp Amerikanın Ayova ştatında ABŞ prezidentliyinə namizəd irəli sürmək üçün Respublikaçılar partiyadaxili səsvermədə (kakuslarda) inamla qalib gəlib. O, əsas rəqiblərini - Florida qubernatoru Ron DeSantisi və ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli iki dəfə geridə qoyaraq 51% səs toplayıb.

Poliqon.info