Suriyada ABŞ hərbi bazası boşaldılır

Suriyanın şimalındakı Həsəkə əyalətindəki ABŞ-nin Hemo hərbi bazası boşaldılır...

APA xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Buna səbəb İraq müqavimət qruplarının təkrar hücumları səbəb olub.

Yanvarın 16-da İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, İraq və Suriyadakı hədəflərə 20-dən çox ballistik raket atılıb.

Əməliyyat çərçivəsində İran hərbçiləri 24 müxtəlif tipli ballistik raketdən istifadə edib.

Poliqon.info