ƏƏSMN-nin balansına verilən Mərkəzi Dəmiryol Xəstəxanasının yeni təyinatı müəyyən olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirliyə xəstəxanada müasir tələblərə cavab verən yeni infrastrukturun yaradılması tapşırılıb:
"Məlum olduğu kimi, bu ilin iyulun 1-dən rayon, şəhər çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı müvafiq qərarların qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.
Sözügedən xəstəxananın da bu istiqamətdə fəaliyyətin həyata keçirilməsi üçün istifadə olunması nəzərdə tutulub. Bu barədə ətraflı məlumatlar mütəmadi olaraq təqdim ediləcək”.
Poliqon.info