Rusiya Ermənistana silah göndərib

General-leytenant Qaqik Melkonyan bu barədə açıqlama verib...

“Rusiyadan silah partiyası artıq Ermənistandadır”.

Bu barədə hakim Vətəndaş Sazişi Partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan “Azadlıq” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, hərbi təyinatlı məhsullar bu yaxınlarda gətirilib və onlar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistan tərəfinə verilib.Ermənistanın keçmiş müdafiə nazirinin müavini konkret olaraq hansı silahlardan söhbət getdiyini açıqlamayıb.

Poliqon.info