Hökümətin daxili bazarı qorumaq üçün yürütdüyü siyasəti qaneedicidir?

Daxili bazarda satılan yumurtanın qiyməti xaricə satılan yumurtanın qiymətindən təxminən 33% bahadır...

İqtisadçı-ekspert: “Xaricə satılan yumurtanın qiymətinin 33 faiz daha yuxarı olması məntiqlidir. Çünki bunun yol xərci, gömrük rüsumları, tranzit xərcləri var”.

“Daxili bazarın qorunması, vergi və gömrük siyasəti ilə olur. Yəni daxili bazarı daxildə vergi və gömrük siyasətinin optimallaşdırılması yolu ilə etmək mümkündür”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli hökümətin daxili bazarı qorumaq üçün yürütdüyü siyasəti Poliqon-a şərh edərkən qeyd edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə daxili bazarda satılan yumurtanın qiyməti xaricə satılan yumurtanın qiymətindən təxminən 33% bahadır. Bir çox idxal məhsullarında da bu tendensiya özünü göstərir.

Bunu hökümətin qeyri-neft sektorunda idxalda artıma nail olmaq üçün daxili bazarı qorumaması kimi dəyərləndirmək olarmı və ümumiyyətlə, hökümətin daxili bazarı qorumaq üçün yürütdüyü siyasəti necə dəyərləndirmək olar?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Azərbaycan hökuməti ərzaq məhsullarına əlavə dəyər vergisini ləğv etmir və yaxud da azaltmır”.

Əslində daxili bazarı qorumağın ən asan, effektiv yolunun vergi və gömrük siyasəti olduğunu vurğulayan ekspert Poliqon-a bildirib ki, bu məsələ ətrafında ciddi problemlər, suallar var:

“Xaricə satılan yumurtanın qiymətinin 33 faiz daha yuxarı olması məntiqlidir. Çünki bunun yol xərci, gömrük rüsumları, tranzit xərcləri var. Bütün bunlar malın qiymətinin üstünə gəlir. Əslində bu o qədər də böyük fərq deyil. Yəni belə bir fərqin olması normaldır.

Daxili bazarın qorunması, vergi və gömrük siyasəti ilə olur. Yəni daxili bazarı daxildə vergi və gömrük siyasətinin optimallaşdırılması yolu ilə etmək mümkündür. Amma təəssüf ki, Azərbaycan hökuməti ərzaq məhsullarına əlavə dəyər vergisini ləğv etmir və yaxud da azaltmır. Eyni zamanda dərman preparatlarını azaltmır və yaxud da ləğv etmir.

Əslində daxili bazarı qorumağın ən asan, effektiv yolu vergi və gömrük siyasətidir ki, burada da ciddi problemlər, suallar var”.

Nərminə UMUDLU Poliqon.info