Pekin Ukrayna böhranının həllinə kömək etməyə hazırdır

Pekin Ukraynadakı böhranın həllində yardımçı rolunu oynamağa davam etməyə hazırdır...

Poliqon xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning brifinq zamanı bildirib.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Pekinin Ukrayna böhranı ilə bağlı mövqeyinin mahiyyəti barışıq və danışıqlara yardım etməkdir.

"Çin Ukrayna da daxil olmaqla, bütün müvafiq tərəflərlə qarşılıqlı əlaqəni davam etdirir", deyə Mao Ninq bildirib.

Qeyd edək ki, bundan əvvəl Qərb dövlətləri Çinə Rusiyaya müharibəni dayandırmaqla bağlı təzyiq etməyə çağırıb. Həmçinin bəzi Qəbr dövlətləri Pekinin Moskvaya dəstək verməkdə ittiham edir.

Poliqon.info