Bayden: Trampa görə yenidən namizədliyimi irəli sürürəm...

Co Bayden Trampın qalib gəlməsinin qarşısını almaq üçün ikinci müddətə namizədliyini irəli sürdüyünü bildirib...

ABŞ prezidenti Co Bayden deyib ki, prezidentliyə namizəd Donald Trampın “antidemokratik” mövqeyi onu ikinci müddətə namizəd olmağa sövq edən əsas amildir.

Poliqon xəbər verir ki. ABŞ prezidenti bunu El Şarptonun “Keepin” radio şousunda bildirib.

El Şarptonun yeni müddətə namizəd olmağa qərar verməsinin səbəbi ilə bağlı sualı cavablandıran Bayden deyib ki, söhbət Trampın anti-demokratik mövqeyindən gedir.

“Tramp nə deyir. Tramp sadəcə inanılmaz şeylər deyir. O, Amerika tarixinin ən anti-demokratik... prezidentidir. Tramp deyir ki, xalqdan qisas almaq üçün namizədliyini irəıli sürüb”, deyə ABŞ prezidenti suala cavab olaraq bildirib.

O, həmçinin bu inkişafı "qeyri-adi" adlandırıb.

Qeyd edək ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden rəqibi və Ayova ştatında respublikaçıların yarışında lider mövqe tutan sələfi Donald Trampı qarşıdan gələn prezident seçkilərində müxalifətin “aşkar favoriti” adlandırıb.

Poliqon.info