ABŞ ordusu Qırmızı dənizdə Amerika gəmisinin raketlə vurulduğunu təsdiqləyib

Yəməndəki husi üsyançılar tərəfindən atılan raket bazar ertəsi Marşal adaları bayrağı altında üzən ABŞ-ın “Gibraltar Eagle” yük gəmisinə tuş gəlib...

“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Komandanlıqdan həmçinin bildirilib ki, yerli vaxtla saat 14:00-da ABŞ Silahlı Qüvvələri Qırmızı dənizin cənubunda gəmiçilik marşrutlarına doğru raketin buraxılması faktını qeydə alıb.

Raketin Yəmən ərazisinə düşdüyü, itki olmadığı bildirilir.

Poliqon.info