Messi FİFA-nın mükafatlandırma mərasiminə qatılmaqdan imtina etdi

Argentinalı hücumçu Lionel Messi Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) 2023-cü ilin ən yaxşı futbolçusunu elan edəcəyi mərasimdə iştirakdan imtina edib...

Məlumata görə, bu qərara Messinin səsvermə nəticəsində “İlin ən yaxşı futbolçusu” nominasiyasında qalib gələ bilməməsi səbəb olub.

Mərasim bazar ertəsi Londonda baş tutacaq. Mükafat uğrunda Messi ilə yanaşı, İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Holand və PSJ-nin fransalı hücumçusu Kilian Mbappe də mübarizə aparır.(oxu.az)

Poliqon.info