ADY: Ağstafa-Bakı qatarı normal rejimlə hərəkətini davam etdirir - Yenilənib

Ağstafa-Bakı qatarı normal rejimlə hərəkətini davam etdirir...

"Report" bu barədə Azərbaycan Dəmir Yolları QSC-yə istinadən xəbər verir.

Elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq operativ olaraq aradan qaldırılıb, qatarın hərəkəti bərpa olunub.

Bu gün axşam saatlarında Bakı istiqamətində hərəkət edən 705 saylı Ağstafa-Bakı qatarı Goran stansiyasında elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlığa görə qrafikdən kənara çıxıb.

***

Ağstafa-Bakı sərnişin qatarında nasazlıq yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, sürət qatarı yaranmış nasazlıq səbəbindən Goran stansiyasında qalıb.

Qatarın artıq 50 dəqiqədən çoxdur yubandığı bildirilir.

Poliqon.info