ABŞ Tayvanla seçkidən sonrakı münasibətləri müzakirə edir

ABŞ nümayəndə heyəti vəzifəsini tərk edən prezident Tsay Innenlə görüşmək üçün Tayvana gedib...

ABŞ-ın keçmiş yüksək rütbəli məmurlarından ibarət nümayəndə heyəti səlahiyyət müddəti başa çatan prezident Tsay İnvenlə görüşmək üçün Tayvana gəlib.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Keçmiş milli təhlükəsizlik müşaviri Stiven Hedli və dövlət katibinin keçmiş müavini Ceyms Steynberqin ölkədə prezident seçkilərindən sonra ikitərəfli münasibətləri müzakirə etmək üçün Tsay ilə görüşəcəyi bildirilir. Agentlik yazır ki, nümayəndə heyəti gələcək dövlət başçısı olacaq ölkənin vitse-prezidenti Lay Tsinde ilə də görüşəcək.

Qeyd edilir ki, yanvarın 14-də ABŞ-ın faktiki olaraq adadakı səfirliyi olan Tayvandakı Amerika İnstitutu nümayəndə heyətinin planlaşdırılan səfərini elan edib.

Poliqon.info