Türkiyə qoşunlarını İraq və Suriyadan çıxarmaqdan imtina edib

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyadakı “baza” bölgələrini tərk etmək niyyətində deyil...

Türkiyə bu ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı xüsusi hərbi əməliyyat keçirdiyi Şimali İraq və Suriyadakı baza rayonlarından qoşunlarını çıxarmaq niyyətində deyil.

Poliqon xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazır.

Məqalədə PKK və İŞİD-ə qarşı uğurla həyata keçirilən əməliyyatların keçirilməsinin davam ediləcəyi bildirilir. Nəşr qeyd edir ki, bundan sonra da terrorçuların Türkiyə sərhədlərindən kənarda məhv edilməsi strategiyası gücləndiriləcək və davam etdiriləcək.

“Suriya və İraqdakı müvəqqəti bazalarımızı tərk etmək kimi bir şey yoxdur. PKK Türkiyənin bu baza bölgələrindən imtina etməsini istəyir. Əsas bölgələrdən imtinanın PKK-nın xeyrinə olacağına inanılır”, deyə “Hürriyet” yazır.

Nəşr vurğulayır ki, Türkiyə hakimiyyəti hərbi baxımdan heç bir dəyişiklik etməyib, İraq və Suriyadakı bazalar isə bundan sonra daha da gücləndiriləcək və terrorçulardan ərazilərdən təmizlənəcək.

Poliqon.info