"Gündəlik Bakı" qəzetinin baş redaktoru saxlanılıb

"Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev polis tərəfindən saxlanılıb...

APA xəbər verir ki, Habil Vəliyev barəsində hüquq-mühafizə orqanlarına vətəndaşdan daxil olan müraciətlər əsasında saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, H.Vəliyev vaxtilə DTX tərəfindən saxlanılmış, 2018-ci ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Poliqon.info