Prezident seçkilərini izləyəcək müşahidəçilərin sayı açıqlanıb

Növbədənkənar Prezident seçkilərini izləmək istəyən müşahidəçilərin sayı açıqlanıb...

Növbədənkənar prezident seçkilərini izləmək məqsədilə qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.

Poliqon report-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 20 500-dən çox müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəçilərin 18 159-u dairə seçki komissiyalarında qeydiyyatdan keçənlərdir.

Poliqon.infp