Azərbaycan Premyer Liqası: XX turun proqramı müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun proqramı bəlli olub...

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, oyunlar yanvarın 26-28-də gerçəkləşəcək.

Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

26 yanvar (cümə)

16:00. “Turan Tovuz” – “Səbail"Tovuz şəhər stadionu

27 yanvar (şənbə)

15:00. “Kəpəz” – “Qarabağ”Qəbələ şəhər stadionu

17:30. “Zirə” – “Sabah”Zirə İdman Kompleksinin stadionu

28 yanvar (bazar)

15:00. “Araz-Naxçıvan” – “Sumqayıt”“Dalğa Arena”

17:00. “Neftçi” – “Qəbələ”“Neftçi Arena”

Qeyd edək ki, XIX turun matçları yanvarın 21-23-də baş tutacaq.

Poliqon.info