İlham Əliyevdən Hikmət Mirzəyevlə bağlı sərəncam - Yenilənib  

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin olunub...

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, H.Mirzəyev eyni zamanda, Quru Qoşunların komandanı vəzifəsini tutacaq.

***

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, general-leytenant Ənvər Əfəndiyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.

Poliqon.info