Husilər İsrail gəmilərinin Qırmızı və Ərəb dənizlərinə buraxılmayacağına söz veriblər

Husilər İsrail gəmilərinin Qırmızı və Ərəbistan dənizlərinə girməsinə qadağa qoyub...

Qəzza zolağında İsrail ordusunun hərbi əməliyyatları bitənə və blokada qaldırılana qədər Qırmızı və Ərəb dənizləri İsrailə aid bütün gəmilər üçün bağlı qalacaq.

Poliqon xəbər verir ki, binu Yəmənin üsyançı “Ənsar Allah” (Husi) hərəkatının Siyasi Büro üzvü Xuzam Əsəd X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Qırmızı və Ərəb dənizləri İsrail gəmiləri üçün bağlı qalacaq", “Ənsar Allah” hərəkatının rəsmisi yazıb.

Hərəkat rəsmisinin sözlərinə görə, ABŞ və Böyük Britaniya öz hücumları ilə “diqqəti soyqırım cinayətlərindən yayındırmağa” çalışırlar.

“Nə Amerika, nə də İngiltərə bizi Qəzza zolağındakı xalqımıza dəstək verməkdən çəkindirə bilməyəcək”, deyə Əsəd bildirib.

Qeyd edək ki, yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının hədəflərini vurmağa başlayıb. ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti bildirir ki, Hərbi Hava Qüvvələri 16 “Ənsar Allah” qurğusunda 60-dan çox hədəfə zərbələr endirib.

Poliqon.info