Trampın populyarlığının üç əsas səbəbi açıqlanıb

ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçicilər arasında populyarlığının açarı cənub sərhədində miqrasiya məsələsinə düzgün yanaşması, ölkənin iqtisadi problemlərinə və ABŞ-dakı institusional böhrana diqqət yetirməsi olub...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın The New York Times qəzeti yazıb.

"Rəqibinizi nəyin dəhşətli etdiyini başa düşməkdən imtina etsəniz, onu məğlub edə bilməzsiniz... Tramp üç mühüm şeyi doğru etdi və ya ən azı səhvdən daha çox doğru bildi... Əsrin ən mühüm geosiyasi faktı insanların cənubdan şimala və şərqdən qərbə kütləvi miqrasiyasıdır ki, bu da tektonik demoqrafik, mədəni, iqtisadi və son nəticədə siyasi dəyişikliklərə səbəb olur. Tramp bunu 2015-ci ildə prezidentliyə namizədliyini irəli sürdüyü ilk vaxtdan anlayıb", deyə nəşr yazır.

Qeyd olunur ki, Trampın gücünü və seçicilər arasında populyarlığını şərtləndirən ikinci amil onun Ağ Evə bədbinlik dalğası gətirməsidir. Qəzet yazır ki, söhbət son 10 il ərzində ABŞ-da ləng iqtisadi artımdan və iqtisadi fəallığın səviyyəsinin aşağı düşməsindən gedir.

Nəşr Trampın populyarlığının üçüncü faktorunu ABŞ-da "elmi ictimaiyyətin, əsasən də liberalların getdikcə qeyri-liberallaşdığı" və "FTB-nin öz səlahiyyətlərindən sui-istifadə etdiyi" institusional böhran adlandırır.

Nəşr vurğulayır ki, nəticədə bütün bunlar milyonlarla amerikalıda liberal elitaların özündən razı, hədsiz, isterik və ümidsiz şəkildə reallıqdan uzaq olması hissini gücləndirib.

Poliqon.info