İran və İraq ABŞ-la Britaniyanı Yəmənin suverenliyinə təcüvüzdə ittiham edib

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani isə deyib ki, Birləşmiş Ştatlar və Böyük Britaniyanın husilərin mövqelərinə vurduğu zərbələri özbaşınalıq adlandırmaqla yanaşı, Yəmənin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib...

Poliqon-nun məlumatına görə, o qeyd edib ki, Qərb ölkələri öz hərəkətləri ilə münaqişə dairəsini genişləndirirlər...

"ABŞ və Böyük Britaniyanın Yəmənin bir neçə şəhərinə hücumu özbaşınalıqdır, suverenlik və ərazi bütövlüyünün, eləcə də beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Vaşinqton və Londonun bu hərəkətləri regionda qeyri-sabitliyin artmasına səbəb olacaq", deyə Kanani bildirib.

Qeyd edək ki, yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə zərbələr endirib. Yəmənin paytaxtı Səna şəhəri raket hücumuna məruz qalıb - orada 4 partlayış səsi eşidilib. Yəmənin husilərin nəzarətində olan digər şəhərlərində də partlayışlar baş verib.

ABŞ hökuməti sözçünün sözlərinə görə, zərbələrdən sonra hədəflərə uğurla nail olunub. ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat verib ki, Hərbi Hava Qüvvələri husilərin 16 obyektinə 60-dan çox hədəfə zərbə endirib.

"Ənsar Allah" (husilər) hökumətindəki xarici işlər nazirinin müavini Hüseyn əl-Ezzi ABŞ və Böyük Britaniyanı raket hücumuna görə qisas alacaqları ilə hədələyib.

Poliqon.info