ABŞ Hərbi Hava Qüvvələri Yəmənə endirdiyi zərbələri yekunlaşdırıb

ABŞ Hərbi Hava Qüvvələri Yəməndə husilərin 60-dan çox hədəfini vurduğunu bildirib...

ABŞ Hərbi Hava Qüvvələri 100-dən çox dəqiq idarə olunan sursatdan istifadə etməklə Yəməndəki 16 husi hədəfinə 60-dan çox hədəfə zərbələr endirib.

Poliqon xəbər verir ki, bu barədə Amerika Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinin bəyanatında deyilir.

“ABŞ Mərkəzi Komandanlığının əmri ilə Hərbi Hava Qüvvələri İranın dəstəklədiyi 60-dan çox husi hədəfinə qəsdən zərbələr endirib. Zərbələr zamanı 100-dən çox dəqiqliklə idarə olunan müxtəlif tipli sursatlardan istifadə edilib”, deyə ABŞ Hərbi Hava Qüvvələrinin komandanı Aleks Qrinkeviç hava hücumlarının nəticələrinin yekunları barədə bildirib.

Qeyd olunur ki, zərbələr sursat anbarları və buraxılış qurğularına, həmçinin husilərin komanda məntəqələrinə və idarəetmə mərkəzlərinə endirilib.

Xatırladaq ki, ABŞ və Böyük Britaniya yanvarın 12-nə keçən gecə Yəməndə husilərin hədəflərinə hücum edib, ölkənin paytaxtı və liman şəhərlərindəki hədəfləri atəşə tutub. Zərbələrdə döyüş təyyarələri, eləcə də sualtı qayıqlardan atılan “Tomaqavk” qanadlı raketlərindən istifadə edilib.

Poliqon.info