Amerika kəşfiyyatçısı: Zelenski ordu tərəfindən devrilə bilər...

Ukrayna prezidenti Volodimir Zelenski yaxın gələcəkdə hərbçilərin üsyanı ilə hədələnə bilər...

Poliqon xəbər verir ki, bunu hərbi ekspert, ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter "Danny Haiphong" YouTube kanalına müsahibəsində deyib.

"Zelenski Nikolay Çauşeskunun taleyini təkrarlayacaq", deyə Skott Ritter bildirib.

Amerikalı kəşfiyyatçı hesab edir ki, Ukraynada hərbi çevriliş yaxın aylarda - yanvar və ya fevralda baş verə bilər. Bir şərtlə ki, Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını vəzifəsindən uzaqlaşdırmaq istəyini dəyişməsin. Skott Ritter əlavə edib ki, strateji səviyyədə Ukrayna artıq uduzub.

Qeyd edək ki, bir müddətdir Zelenski ilə Zalujnı arasında ciddi fikir ayrılıqları olması barədə xəbərlər yayılır. Hətta baş komandanın prezidentlik yarışına qoşula biləcəyi iddia olunur. Bir müddət əvvəl Zelenseki hərbçiləri siyasətə qarışmamağa çağırmışdı.

"Bloomberg" mənbələrə istinadən məlumat yayıb ki, ABŞ-da yüksək vəzifəli məmurlar Ukrayna prezidenti Volodimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında Kiyevin hərbi strategiyasının inkişafını ləngidən fikir ayrılığından narahatdırlar. Agentliyin məqaləsində qeyd olunur ki, Ukrayna ordusu 2024-cü il üçün plan hazırlamaqla məşğuldur, lakin yüksək vəzifəli şəxslər arasında mübahisə buna mane olur.

Onu da qeyd edək ki, Skott Ritterin adını çəkdiyi Nikolay Çauşeskunun Rumıniyanın keçmiş kommunist lideridir. O, 1989-cu ildə qiyamçı hərbçilər tərəfindən devrilib və qısa tribunaldan sonra edam edilib.

Poliqon.info