SEPAH-ın keçmiş başçısı İsraili bir neçə cəbhədən müharibə ilə hədələyib...

SEPAH-ın keçmiş rəhbəri Möhsün Rezai İsrail üçün bir neçə cəbhədən müharibə başladılacağını istisna etməyib...

Keçmiş SEPAH komandiri Möhsün Rezai bildirib ki, İsrail ordusunun Qəzza zolağında əməliyyatı genişlənərsə, İsrail bir neçə cəbhədə müharibə ilə üzləşəcək.

Poliqon xəbər verir ki, Rezai bu barədə X sosial ş\əbəkəsində yazıb və onun bu sözlərini “Al Arabiya” telekanalı sitat gətirib.

"Yaxın günlərdə biz Qəzza zolağında münaqişənin bir neçə cəbhədə genişlənəcəyini görəcəyik", deyə SEPAH-ın təqaüddə olan generalı sosial şəbəkədə yazıb.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da bildirib ki, İsrailin Qəzza zolağındakı hərəkətləri Yaxın Şərqdə müharibənin miqyasının qaçılmaz şəkildə genişlənməsinə gətirib çıxaracaq.

Poliqon.info