Yunanıstanda zəlzələ baş verib

Yunanıstanın Krit adasının sahillərində 4,8 maqnitudalı zəlzələ olub...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 2,3 min insanın yaşadığı Paleoxora şəhərindən 78 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb.

Poliqon.info