Baydenin oğlunun məhkəmə prosesinə strat verilib

Hanter Bayden 1,4 milyon dollar vergidən yayınmaqda təqsirini boynuna almayıb...

ABŞ prezidentinin oğlu Hanter Bayden 1,4 milyon dollar vergidən yayınma ittihamı ilə özünü təqsirli bilməyib.

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, Kiçik Bayden bunu şəxsən Los-Ancelesdə keçirilən məhkəmə iclasında bildirib. Məhkəmə yarım saat davam edib və hakim Mark Skarsi ilkin məhkəmə prosesini iyunun 20-nə təyin edib.

Qeyd edək ki, 2023-cü ilin dekabrında kiçik Bayden doqquz maddə üzrə ittiham olunub. İstintaqın fikrincə, o, 2016-2019-cu illərdə ən azı 1,4 milyon dollar məbləğində vergi ödəməyib.

Məhkəmə Amerika prezidentinin oğlunu təqsirli bilərsə, onu 17 ilə qədər həbs gözləyir. Kişik Baydenin müdafiəsi ittihamların siyasiləşdirildiyini bildirib.

Poliqon.info