ABŞ-ın Yaxın Şərqdəki bazalarına üç ay ərzində 130 dəfə hücum edilib

2023-cü il oktyabrın 17-dən İraq və Suriyadakı Amerika bazalarına edilən hücumların sayı 130-a çatıb....

Polioqon xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder brifinqdə bildirib.

Rayder 53 hücumun İraqdakı Amerika bazalarına, 77-nin Suriyadakı bazalarına edildiyini qeyd edib. Pentaqonun mətbuat katibinin sözlərinə görə, Yəmən husilərinin Qırmızı dənizdə gəmilərə hücumlarının sayı 27-yə çatıb.

Qeyd edək ki, Qəzza zolağında 2023-cü il oktyabrın 7-də başlayan İsrail-HƏMAS müharibəsi fonunda ABŞ-ın Suriya və İraqdakı bazalarına hücumlar artıb. Dekabr ayında İraqın İslami Müqaviməti ABŞ-ın Suriyadakı iki bazasını atəşə tutub. Dünən, yanvarın 11-də hərəkat Əl-Cəbbis neft yatağının yanında yerləşən Amerika bazasına zərbə endirilib.

Poliqon.info