Bakıda iki küçənin kəsişməsində yerləşən müşahidə kameraları işləmir? - Rəsmi açıqlama

“Qeyd edilən ərazidə zolaqlarda hərəkəti bildirən yol nişanı mövcuddur. Sürücülər bu yol nişanının tələbinə riayət etməlidirlər”.

Bu sözləri Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, sürücü yol ayrıcına çatmazdan öncə hansı istiqamətə gedəcəksə, müvafiq zolaqda hərəkətini davam etdirməlidir:

“Bəzi sürücülər ən sağ zolaqdan sola manevr edirlər ki, bu da qayda pozuntusudur. Bundan əlavə bu cür sürücülər yollarda sıxlığın yaranmasına səbəb olurlar, eləcə də qəza şəraiti yaradırlar. Həmin qayda pozan sürücülər aşkarlandıqları zaman qanunamüvafiq tədbirlər həyata keçirilir”.

Qeyd edək ki, vətəndaş sözügedən ərazidə müşahidə kamerasının işləmədiyini iddia etsə də aidiyyəti qurumdan bildirilib ki, kameralar işlək vəziyyətdədir.

Poliqon.info