Estoniya Ukraynaya 1,2 milyard avroluq hərbi yardım paketi ayıracaq

Estoniya hakimiyyəti 2027-ci ilə qədər Ukraynaya 1,2 milyard avro məbləğində hərbi yardım paketi ayırmaq qərarına gəlib...

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Estoniyanın Prezidenti Alar Karis Tallində ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

“Ukraynaya dəstək davam etməlidir. Bununla bağlı Estoniyanın 2027-ci ilə qədər uzunmüddətli köməyi 1,2 milyard avro təşkil edəcək”, - o qeyd edib.

Onun sözlərinə görə, Kiyevin daha ​​yaxşı silahlara ehtiyacı var və buna görə də Avropa İttifaqı ölkələri hərbi istehsalı artırmalıdır.

Poliqon.info