Ermənistan SSRİ bankında qalan əmanətləri geri qaytarır...

Ermənistanda SSRİ Sberbankının nağd pul əmanətlərinin ödənilməsi prosesi davam edəcək...

2024-cü ildə SSRİ Sberbankının respublika bankında 1993-cü il iyunun 10-dək qoyulmuş nağd pul əmanətlərinin, o cümlədən 1941-ci il iyunun 30-dək anadan olmuş vətəndaşlar üçün kompensasiyaların verilməsi prosesi davam etdiriləcək.

Poliqon Ermənistan mediasına istinadən xəbər verir ki, müvafiq qərar yanvarın 11-də Ermənistan hökumətinin iclasında qəbul edilib.

Qərar 2014-cü il avqustun 1-dən Ermənistanın sərhədyanı icmalarında qeydiyyatda olan, ölkənin müdafiəsi üçün döyüş əməliyyatlarında iştirak etmiş və ya döyüş əməliyyatları nəticəsində torpaqlarından istifadə edilməyən şəxslərə də şamil edilir.

Poliqon.info