Meloni Orbana Ukraynaya dəstək və müttəfiqlik təklif edir

İtaliyanın baş naziri Corcia Meloni Macarıstanın baş naziri Viktor Orbanla razılığa gəlməyə çalışır ki, o, Avropa İttifaqında Ukraynanı dəstəkləmək və prezident Volodimir Zelenski ilə münasibətləri yaxşılaşdırmaq qərarına mane olmasın...

Poliqon Bloomberg Agentliyinə istrinadən xəbər verir ki, italyan baş nazir macar həmkarının Fidesz Partiyasına Avropa Mühafizəkarlar və İslahatçılara (ECR) qoşulmağı təklif edir. Bu təklif Avropa Parlamentinə seçkilər ərəfəsində səslənib. Lakin bunun baş verməsi üçün Corcia Meloni istəyir ki, Viktor Orbandan Ukraynanın Avropa İttifaqına üzvlük istəkləri ilə bağlı mövqeyini dəyişsin.

"Bu məsələlərdə dəyişiklik Viktor Orbanın Fides Partiyasının, Corcia Maloninin İtalyan Qardaşları, Polşanın Qanun və Ədalət Partiyası və İsveç Demokratları ilə birlikdə ifrat sağçı Avropa Mühafizəkarlar və İslahatçılar siyasi partiyasına qoşulmasına yol aça bilər. Bu, birlik Avropa İttifaqını gücləndirəcək", deyə məqalədə qeyd edilir.

Nəşrin məlumatına görə, İtaliya və Macarıstan liderlərinin nümayəndələri arasında bu məsələ ilə bağlı müzakirələr müxtəlif səviyyələrdə baş tutub. Lakin heç bir qərar verilməyib.

Qeyd edək ki, ECR hazırda Avropa Parlamentində 62 mandata malikdir.

Poliqon.info