Putin: Rusiya iqtisadi həcminə görə Avropada birincidir...

Rusiya Federasiyası hər tərəfdən boğulur və əzilir, kalin buna baxmayaraqo, Avropada bir nömrəli iqtisadiyyatına çevrilib...

Rusiya iqtisadiyyatı alıcılıq qabiliyyəti pariteti baxımından Avropada birinci, dünyada isə beşinci olub.

Poliqon xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Uzaq Şərq sahibkarları ilə görüşündə deyib. Məlimat Kremlin mətbuat xidməti Telegram kanalında yayımlanıb.

Rusiya prezidenti qeyd edib ki, Rusiya hər tərəfdən boğulmasına və əzilməsinə baxmayaraq, iqtisadi həcminə görə Avropada birincidir.

Putinin sözlərinə görə, hazırda dünyada aparıcı iqtisadi mövqeləri Çin, ABŞ, Hindistan, Yaponiya və Rusiya tutur. Bundan əlavə, alıcılıq qabiliyyəti pariteti baxımından Rusiya Federasiyası bütün Avropanı ötüb.

Qeyd edək ki, bir gün əvvəl Putin Çukotkanın Anadır şəhərinə səfər edib və orada yerli sakinlərlə görüşüb. Eyni zamanda, dövlət başçısı bildirib ki, Avropanın aparıcı iqtisadiyyatları Rusiyadan çox asılı olduqları üçün çətin günlər yaşayırlar.

Poliqon.info