Fransanın BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi ölkəmiz üçün təhdidlər formalaşdırır?..

BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Ekvadordan Fransaya keçib...

Politoloq: “İstisna etmirəm ki, Təhlükəsizlik Şurasında sədrllikdən Fransa öz çirkin, qərəzli məqsədləri üçün istifadə edə bilər”.

“Yaddan çıxarmarayaq ki, bu təşkilatda vetp hüququna sahib daimi üzvlərdən başqa qeyri-daimi üzvlər də müxtəlif regionlardan səsvermə yolu ilə seçilirlər. Bu ölkələrlə də aktiv işləmək lazımdır”.

Bu sözləri politoloq İlyas Hüseynov BMT-nin Təhlükəsizlik Şurasına sədrliyin Fransaya keçməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, yanvarın 1-dən BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Ekvadordan Fransaya keçib. Fransanın BMT-dəki daimi nümayəndəsi Nikola de Rivyer bununla bağlı qurumun Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərə ay ərzindəki iş proqramını təqdim edib. İstisna deyil ki, BMT TŞ-də sədrliyi ələ alan Fransa özünü hansısa məqamlarda “təsdiqləməyə” çalışacaq. Eyni zamanda Fransa prezidentinin fürsət düşən kimi Azərbaycanla “haqq-hesab çəkməyə” cəhd göstərəcəyi də şübhə doğurmur.

BMT TŞ-yə müvəqqəti sədrlik Azərbaycana qarşı fəaliyyətdə rəsmi Parisə hər hansı üstünlük yaradacaqmı?

Fransa-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Bu gün Fransanın daxilində də cərəyan edən hadisələrə nəzər salanda görürük ki, yeni Baş nazir kifayət qədər qalmaqalı olması ilə yanaşı, həm də onun mövqeyində ermənipərəstlik özünü göstərməkdədir. Bunun özü də müəyyən tədbirlər görmək üçün əsasdır”.

Bizim öz xarici siyasətimizi, diplomatiyamızı çox möhkəm təməllər üzrə formalaşdırmalı olduğumuzu bildirən politoloq qeyd Poliqon-a açıqlamasında qeyd edib ki, belə olarsa, yeni geosiyasi reallıqlar ölkəmizə qarşı təhlükə formalaşmaz:

“Bəli, yanvarın 1-dən BMT-nin Təhlükəsizlik Şurasına sədrlik Fransaya keçib. Onsuz da, Fransa Təhlükəsizlik Şurasının iclaslarını daimi üzv kimi çağıra bilirdi və belə bir hüquqdanda davamlı istifadə edirdi. Eyni zamanda biz dəfələrlə Təhlükəsizlik Şurasının iclaslarının Fransa tərəfindən ölkəmizə qarşı çağırıldığının şahidi olmuşuq. Burada Ermənistan dövlətinin təsiri də olub, erməni lobbisi də Fransa hakimiyyətinə bu xüsusda təsir edib.

Eyni yanaşmanı biz Fransanın sədrliyi dövründə də görə bilərik. Buna görə də, artıq Azərbaycan diplomatiyası aktiv fəaliyyətə keçməlidir. İstisna etmirəm ki, Təhlükəsizlik Şurasında sərdlikdən Fransa öz çirkin, qərəzli məqsədləri üçün istifadə edə bilər. Bu gün Fransanın daxilində də cərəyan edən hadisələrə nəzər salanda görürük ki, yeni Baş nazir kifayət qədər qalmaqalı olması ilə yanaşı, həm də onun mövqeyində ermənipərəstlik özünü göstərməkdədir. Bunun özü də müəyyən tədbirlər görmək üçün əsasdır.

İlyas Hüseynov: “Hesab edirəm ki, Fransanın BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi Azərtbaycan üşün təhdidlər formalaşdırır”.

Yaddan çıxarmarayaq ki, bu təşkilatda vetp hüququna sahib daimi üzvlərdən başqa qeyri-daimi üzvlər də müxtəlif regionlardan səsvermə yolu ilə seçilirlər. Bu ölkələrlə də aktiv işləmək lazımdır. Vətən müharibəsi dövründə ölkəmizə qarşı Təhlükəsizlik Şurasında çirkin qətnamə qəbul olunmalı idi və onun təşəbbüsləri sırasında Fransa da var idi. Lakin ölkəmizin mövqeyini Qoşulmama Hərəkatının üzvləri dəstəklədilər. Qoşulmama Hərəkatının nə qədər taleyüklü, ölkəmiz üçün əhəmiyyəti olması bir daha özünü göstərdi.

Buna görə də, hesab edirəm ki, Fransanın BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi Azərtbaycan üşün təhdidlər formalaşdırır. Lakin əlbəttə ki, biz də öz xarici siyasətimizi, diplomatiyamızı çox möhkəm təməllər üzrə formalaşdırmalıyıq ki, yeni geosiyasi reallıqlarölkəmiz üçün təhlükə formalaşmasın”.

Nərminə UMUDLU Poliqon.info