BMT TŞ husilərdən Qırmızı dənizdə gəmilərə hücumları dayandırmağı tələb edib

BMT Təhlükəsizlik Şurasında keçirilən iclas zamanı ABŞ və Yaponiyanın təklif etdiyi Yəmən husilərinin Qırmızı dənizdə gəmilərə hücumlarını pisləyən qətnamə layihəsi qəbul edilib...

Poliqon xəbər verir ki, qətnamədə BMT Təhlükəsizlik Şurası husilərdən hücumları və digər “aqressiv hərəkətləri” dərhal dayandırmağı tələb edilir.

BMT Təhlükəsizlik Şurasının 11 üzvünün səsvermədə qətnaməni müdafiə etsələr də, Rusiya, Əlcəzair və Çin də daxil olmaqla dörd dövlət sənədin qəbulu üçün bitərəf qalıb. Rusiya qətnaməyə üç düzəliş etməyi təklif edib, lakin onların hamısı rədd edilib. Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

Qətnamənin mətninə əsasən, BMT-yə üzv olan bütün dövlətlər “beynəlxalq hüquq normalarına uyğun olaraq gəmilərini, o cümlədən gəmiçilik hüquq və azadlıqlarını təhdid edən hücumlardan qoruya bilərlər”. Sənəd həmçinin husilərə silah tədarükünü pisləyir və “husilərin növbəti hücumlar həyata keçirmək üçün lazım olan vəsaiti əldə etmələrinin qarşısını almaq üçün əlavə aktiv praktiki əməkdaşlığa” çağırır.

Qeyd edək ki, Qırmızı dəniz Süveyş kanalı vasitəsilə Asiya ilə Avropanı birləşdirən ən qısa su yoludur. Qlobal konteyner daşımalarının təxminən üçdə biri yoldan keçir. Dekabrın əvvəlində İsrail və Fələstinin HƏMAS hərəkatı arasında müharibənin başlaması fonunda Qırmızı dənizdə beynəlxalq sularda üzən gəmilərin atəşə tutulması artıb. HƏMAS-ı dəstəkləyən Yəmən husiləri İsraillə əlaqəli olduğuna inandıqları gəmilərə raket və ya pilotsuz təyyarələrlə zərbələr endiriblər. Bir gün əvvəl, yanvarın 10-da husilər Qırmızı dənizdə Amerika gəmisinə hücum ediblər.

Poliqon.info