ABŞ-da tarixdə ilk dəfə olaraq azotdan istifadə edərək məhbusu edam edəcəklər

ABŞ tarixində azot qazından istifadə etməklə məhbusun ilk edamı bu il yanvarın 25-də baş tutacaq,...

Poliqon xəbər verir ki, edam Alabama ştatında baş tutacaq və NBC News telekanalının məlumatına görə, 58 yaşlı Kennet Yucin Smit bu şəkildə edam ediləcək.

Smit 1988-ci ildə məhkum edilib. O, sığorta almaq və mövcud borcları ödəmək üçün onun Çarlz Cennet adl keşişin sifarişi ilə bir qadını öldürüb və həmin qadın keşişin arvadı olub. qadını öldürüb.

Yucin Smit və vəkilləri edamı dayandırmaq üçün məhkəmədən qərar almağa çalışıblar, lakin məhkəmə onların tələbini rədd edib və ABŞ-da azotdan istifadə edilən ilk edam nəhayət planlaşdırıldığı kimi baş tutacaq.

Bu edam növündə məhbusa yalnız azotla nəfəs almağa icazə verilir, o, oksigendən məhrum edilirr. Azot hipoksiyası ilə edam üç ştatda - Alabama, Oklahoma və Missisipidə qanunidir, lakin heç vaxt istifadə olunmayıb. Alabama səlahiyyətliləri 2018-ci ildə ölümcül iynələrdə istifadə olunan dərman çatışmazlığı fonunda bu edam variantına icazə verib. Yeni metodun tərəfdarları onun ağrısız olacağını düşünürlər.

Poliqon.info