Azərbaycan və Ermənistan sərhəd komissiyasının fəaliyyəti sülh prosesinə müsbət təsir edirmi?

Ermənistanın Təhlükəsizlik Şurasının katibi deyib ki, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının yanvarın sonunda növbəti görüşü keçiriləcək...

Politoloq: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi sərhədlərin delimitasiyasından öncə imzalanacaq”.

“Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyaları işləyir. Bu komissiya bütün hələ uzun müddət iclaslarını keçirəcək”.

Bu sözləri politoloq Qabil Hüseynli Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının növbəti keçiriləcək görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının işi çərçivəsində yanvarın sonunda növbəti görüş keçirəcək. Lakin bilirik ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası uzun sürən prosesdir və bu proses 10 illərlə uzana bilər.

Buna baxmayaraq, komissiyanın fəaliyyəti sülh prosesinə müsbət təsir edirmi və sərhədlərin delmitasiyası olmadan sülh sazişinin imzalanmasını mümkün hesab etmək olar?

Azərbaycan və Ermənistan arasında sülh prosesinin indiki mərhələsini Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Delimitasiya və demarkasiya məsələləri sülh müqaviləsinin yolunda əngəl ola bilməz və olmamalıdır da”.

Bu komissiyanın işləməsinin yalnız və yalnız müsbət tərəflərinin olduğunu qeyd edən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, komissiya iki ölkə arasında münasibətlərin sahmana salınması görüntüsünü yaratmaqla yanaşı, həm də sülhyaratma prosesində və yaxuddakı iki ölkə arasındakı münasibətlər sistemində ən həssas məsələni həyata keçirir:

“Məncə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi sərhədlərin delimitasiyasından öncə imzalanacaq. Çünki delimitasiyası və demarkasiya məsələləri illər çəkən məsələdir. Onu da qeyd edim ki, delimitasiyası və demarkasiya məsələləri qısamüddətli də ola bilər. Sülh müqaviləsinin imzalanmasından asılı olmayaraq bu proses davam etməlidir. Buna görə də, delimitasiya və demarkasiya məsələləri sülh müqaviləsinin yolunda əngəl ola bilməz və olmamalıdırda.

Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyaları işləyir və işləməlidirdə. Bu komissiya bütün iclaslarını keçirəcək. Bu komissiyanın işləməsinin yalnız və yalnız müsbət tərəfləri var. Çünki iki ölkə arasında münasibətlərin sahmana salınması görüntüsünü yaratmaqla yanaşı, həm də sülhyaratma prosesində və yaxuddakı iki ölkə arasındakı münasibətlər sistemində ən həssas məsələni həyata keçirir. Bu səbəbdən də Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının işləməsinin çox böyük əhəmiyyəti var”.

Nərminə UMUDLU Poliqon.info