Politico: “General Moroz” Moskvaya hücum edir...

Rus ordusunun sevimli mifi qışın həmişə onların tərəfində olmasıdır, lakin son həftələrdə ruslar öz evlərində donurlar...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri yazır. Nəşr qeyd edir ki, Moskva vilayətinin Klimovsk, Lyubertsı və Podolsk şəhərlərində 20 minə yaxın insan çöldəki temperaturun m\nfi 25 dərəcədən aşağı olmasına baxmayaraq, bir neçə gün, bəziləri hətta həftələrlə istiliksiz qalıb.

Rusiya mətbuatının məlumatına görə, istiliyin olmamasının əsas səbəbi Rusiya ordusunu silah və mərmi ilə təchiz edən, eyni zamanda Klimovsk və ətrafını istiliklə təmin edən yerli sursat zavodunda qazanın sıradan çıxması olub.

Politico qeyd edir ki, Ukraynaya qarşı müharibə başlayandan bəri Putin dəfələrlə Rusiyanın enerji resursları olmadan Avropanın donacağı ilə hədələyib. Keçən qışda Rusiyanın hücumları Ukraynanın enerji infrastrukturunun təxminən 40%-ni zədələyib və davamlı raket hücumları ölkə daxilində işıqların kəsilməsinə səbəb olub.

“İndi biz sanksiyaların və resurs çatışmazlığının rusların gündəlik həyatına necə təsir etməyə başladığını görürük. Sanksiyalar və şişirdilmiş hərbi xərclər səbəbindən Rusiyanın köhnəlmiş mənzil-kommunal xidmətlərini hər il yoxlamaq və təmir etmək üçün kifayət qədər vəsaiti yoxdur”, deyə Polıtıco-ya ekspert Sergey Qrabski bildirib.

Lakin “general Moroz”un fitnə-fəsadları Kiyevdə boruların partlamasından əziyyət çəkən ukraynalıları ələ salan müharibəyönlü rus blogerlərini narahat etmir. “Fighterbomber” ləqəbi ilə tanınan rusiyalı bloqqer İlya Tumanov öz postunda yazıb: “Kiyev buz kimi boğulur”.

“General Moroz” İkinci Dünya Müharibəsində Sovet İttifaqına nasistlərə müqavimət göstərməyə kömək edən müttəfiq kimi çıxış edib. Sürətli yay kampaniyasına ümid edən almanlar Şərqi Avropanın sərt qışı ilə üzləşdilər və tədricən təşəbbüsü əldən verdilər.

Bəzi Kreml təbliğatçıları əmindirlər ki, “general Moroz” indi də Rusiyanın tərəfində vuruşacaq.

“General Moroz 19-cu əsrdən Rusiya dövləti tərəfindən yaradılan və istifadə edilən mifdir. Sovet ordusunda xidmət etmiş bir şəxs kimi deyə bilərəm ki, təbiət heç kimə rəğbət bəsləmi. Rus ordusu heç vaxt şaxtaya qarşı xüsusi hazırlıq keçməyib və qış müharibəsinə hazır deyildi”, - deyə Qrabski bildirib.

Poliqon.info