ABŞ Rusiyanı 2024-cü il seçkilərinə müdaxilə planlarının olmasın da ittiham edib

ABŞ kəşfiyyatının iki yüksək rütbəli rəsmisi bildirib ki, Ukrayna böhranı “Rusiyanın 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etmək və ölkədə “nifaq salmaq” istəyini zəiflətməyib...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) direktoru Pol Nakasone və Federal Təhqiqatlar Bürosunun direktoru Kris Rey Nyu Yorkda mətbuat konfransı keçirərək Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə etmək imkanına malik olduğunu bildiriblər.

“Bu il ruslar üçün mühüm ildir. Onlar ABŞ-dakı seçki proseini izləyirlər və mən gözləyirəm ki, Rusiya hakimiyyəti təsir etmək istəyəcək””, deyə Nakasone bildirib.

Rey həmkarı ilə razılaşıb və əlavə edib ki, Ukrayna böhranı Moskvanın ABŞ seçkilərinə təsir etmək istəyini artırıb. FTB rəhbəri vurğulayıb ki, ABŞ-dakı seçki prosesi Ukrayna böhranına dərin təsir göstərir. Onun sözlərinə görə, həm hərbi uğur əldə etmək, həm də ABŞ-a müdaxilə və ya təsir baxımından “ulduzlar indi Rusiya üçün uyğunlaşıb”.

Nakasone və Rey Çin və İranın da Amerika seçkilərinə müdaxilə etmək istədiyini bildiriblər. NSA rəhbəri qeyd edib ki, ABŞ hakerlərin sayına görə heç vaxt Çinlə bərabər olmayacaq, lakin o, amerikalıların keyfiyyət üstünlüyü olduğunu bildirib.

Poliqon.info