Avropa Parlamentinin deputatı Aİ ilə İsrail arasında razılaşmaya qarşı çıxıb

Avropa Parlamentinin irlandiyalı deputatı Qreys O'Sullivan İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı hərəkətləri fonunda Avropa İttifaqı-İsrail Assosiasiyası sazişinin dayandırılmasına çağırıb...

Poliqon xəbər verir ki, parlamentari bu barədə Avropa diplomatiyasının rəhbəri Cozep Borrelə məktub yazıb.

O'Sullivan bildirib ki, noyabr ayından İsrail ordusu xəstəxanalara, məktəblərə, mülki şəxslərə və mülki infrastruktura hücum edib, məhbuslara qarşı işgəncə və dəhşətli rəftar, əmlakın talan edilməsi, dini obyektlərin dağıdılması, jurnalistlərin və İsrail qüvvələrinin üzvlərinin həbsi qeydə alınıb, hökumət dəfələrlə Fələstinlilərin soyqırımına çağırıb.

Bununla bağlı avropalı parlamentari Cozep Borrelldən Avropa İttifaqı ilə İsrail arasında Assosiasiya Sazişinin dayandırılmasının mümkünlüyü barədə sual verib.

"Komissiyanın vitse-prezidenti/İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell yuxarıda göstərilən hərəkətləri Avropa İttifaqı-İsrail Assosiasiya Sazişinin 2-ci maddəsinin pozulması hesab edirmi?", deyə məktubda qeyd edilir.

Dekabrın sonunda Avropa Parlamentinin irlandiyalı üzvü Kler Deyli bildirmişdi ki, Qəzza zolağında münaqişənin qızışdırılmasına görə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen cavabdehdir.

Poliqon.info