İrəvan Bakı ilə danışıqları Qərb platformalarında aparmaq istəyir

Ermənistan hesab edir ki, Azərbaycanla danışıqlar əvvəllər olduğu kimi Qərb dövlətlərinin platformalarında aparılmalıdır...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarqis Xandanyan brifinqdə bildirib.

Parlamentari Ermənistan tərəfinin artıq formalaşmış danışıqlar formatlarını davam etdirməsinin vacib olduğunu vurğulayıb. Ötən il Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş formatı, eləcə də Avropa İttifaqının vasitəçiliyi ilə ölkə liderləri arasında danışıqlar formatı formalaşdırılıb.

Sarqis Xandanyanın sözlərinə görə, bu, danışıqlara legitimlik əlavə edir.

Ötən həftə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin mətni ilə bağlı mühüm irəliləyiş əldə olunub. Bununla belə, o qeyd edib ki, hələ də həll olunmamış bir neçə məsələ var.

Poliqon.info