Ekvadorda teleaparıcılar canlı yayımda girov götürülüb - Polis jurnalistləri azad edə bilib

Maskalı silahlı şəxslər Quayaquil şəhərində Ekvadorun “TC Televisión” televiziya şirkətinin binasına soxularaq teleaparıcıları girov götürüblər...

Poliqon xəbər verir ki, bu barədə “El Universo” nəşrinin məlumatında bildirilir. Qəzet yazır ki, hücum yerli vaxtla saat 14:20 radələrində baş verib. Binaya 20-yə yaxın silahlı şəxs daxil olub. Bəzi insanlar tualet və ofislərə sığınıb.

Hücum edənlər binaya daxil olarkən telekanalın girişi qapəsəna dinamit qoyublar. Qəzet yazır ki, daha sonra onlar binaya girərək jurnalistləri və digər televiziya şirkətinin işçilərini girov götürüblər.

Yerli mətbuatda bir qrup hücumçunun studiyadakı insanlara silah tuşlaması, bəzilərinin yerdə uzanması ilə bağlı kadrları nümayiş etdirib. Hücum edənlər onlara canlı efir imkanı verilməsini tələb ediblər. Hücum edənlər kamerada yanlarında silah və partlayıcı olduğunu göstəriblər.

“El Universo” yazır ki, 10 dəqiqə sonra, təxminən saat 14:30 radələrində xəbər yayımının aparılacağı studiyada silsilə partlayış səsləri eşidilib.

Daha sonra məlum oldu ki, narkotik kartelinin yaraqlıları tərəfindən əsir götürülən “TC Televisión” telekanalının əməkdaşları kanalın studiyasına basqın nəticəsində Ekvador polisi tərəfindən azad edilib. Bu barədə sosial şəbəkələrin ispandilli seqmentində məlumat yayılıb.

Ekvador polisi xəbər verilişi zamanı paytaxt studiyasına soxularaq aparıcıları girov götürən quldurları həbs edib. Polis binaya basqın edib, bundan sonra əsir götürülən jurnalistləri azad edib və yaraqlıları zərərsizləşdirib.

Poliqon.info