Mask: Tezliklə qeyri-qanuni miqrantları amerikalıların evlərinə yerləşdirəcəklər

ABŞ-da tezliklə qeyri-qanuni miqrantları amerikalıların evlərinə yerləşdirməyə başlayacaqlar...

Amerikalı sahibkar İlon Mask bildirib ki, ABŞ-da tezliklə qeyri-qanuni miqrantların yerləşdirilməsi üçün Amerika vətəndaşlarının evlərindən istifadə etməyə başlayacaqlar.

Poliqon xəbər verir ki, iş adamı bu bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Onları yerləşdirmək üçün mehmanxana otaqları tükənib, uşaqları qanunsuz yerləşdirməyə görə məktəblərdən qovurlar və indi də sizin evlərinizi istəyirlər”, deyə İlon Mask öz paylaşımında yazıb.

Qeyd edək ki, daha əvvəl İlon Mask 2024-cü ilin əvvəlkilərdən daha “dəli” olacağını deyib. Həmçinin, onun fikrincə, demoqrafik çöküş bəşəriyyətin ən böyük problemidir.

Poliqon.info